Türkiyənin fiziki məhdudiyyətli futbolçulardan ibarət yığma komandası Avropa çempionu olub.

Unikal.org xəbər verir ki, dünən baş tutan final oyununda "ay-ulduzlular" İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.

Bu oyundan sonra Türkiyənin bəzi oyunçularının həyat hekayəsi ön plana çıxıb. Gecənin ən çox müzakirə olunan isimlərindən biri Osman Çakmak olub. O, vurduğu qolla Türkiyəyə Avropa çempionatının qızıl medalını qazandırıb.
Milli komandanın bu zəfəri sevinc göz yaşları ilə qarşılanıb.

Türkiyə Silahlı Qüvvələrinin sıralarında xüsusi təyinatlı olaraq xidmət edən Osman Çakmak minaya düşərək sol ayağını itirib.