İddia olunurdu ki, futbol üzrə yığma komandamıza yeni əcnəbi futbolçu gələcək. Belə ki, Türkiyənin "Trabzonspor klubunun futbolçusu Tayyib Ebrar Cumurun "milliləşdirilməksinin gündəmdə olduğu deyilirdi.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq.

Unikal.org-a danışan qurum rəsmisi xəbəri təkzib edib və Tayyib Ebrar Cumurla bağlı iddianın həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatında yer alan xəbərlərdə 1999-cu il təvəllüdlü mərkəz yarımmüdafiəçisinin Azərbaycanda doğulduğu və müvafiq pasporta malik olduğu bildirilir.

Aygün İlqarqızı