İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

Unikal.org xəbər verir ki, 2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində İsmayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında birinci yeri tutublar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.

Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar.

Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.