ABŞ-ın Türkiyədəki səfiri Con Bassin iki ölkə arasında yaranan viza böhranı ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, səfir ABŞ-a getmək istəyən Türkiyə vətəndaşları başqa ölkələrdən viza əldə edə biləcəyini açıqlayıb:

"Təhsil və səhiyyə ilə bağlı səyahətlər üçün viza almaq istəyən Türk vətəndaşları digər ölkələrdən bunu asanlıqla edə bilərlər.

Artıq Türkiyə turizm şirkətlərindən edilən açıqlamaya görə, bu sahələr üçün viza almaq istəyənlər Gürcüstan və Azərbaycan vasitəsilə bunu daha asan əldə edə biləcəklər.