Türkiyənin Manisa vilayətinin Kula bölgəsində qadınları fahişəliyə cəlb edən 62 yaşlı qadın həbs edilib.

Unikal.org xəbər verir ki, əməliyyat zamanı fahişəliklə məşğul olan 2 xarici vətəndaş saxlanılıb.

Kula Polis İdarəsinin açıqlamasında bildirilib ki, 62 yaşlı M.K., xarici ölkə vətəndaşıdır və o Kulada qadınları fahişəliyə cəlb etməklə nəzarətə alınıb.

Artıq məhkəmə qərarı ilə M.K., "zorla fahişəlik və insan alveri" ittihamı ilə həbs olunub.