ABŞ-ın San-Fransisko şəhərində bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb.

Unikal.org-un "RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

"ABŞ tərəfinə bizim San-Fransiskodakı diplomatik əmlakımızın üzərindən Rusiya bayraqlarının çıxarılması ilə əlaqədar qətiyyətli etiraz göndərilib, səfirliyin "Feysbuk səhifəsindəki məlumatında deyilir.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən San-Fransiskodakı Rusiya Baş Konsulluğunun obyektləri bağlanıb.