Azərbaycanın cüdo üzrə yığma komandasının keçmiş baş məşqçisinin həbs müddəti başa çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, azyaşlı uşaqları zorlamaqda millimizin sabiq baş məşqçisi Peter Zayzenbaher azadlığa buraxılıb.

Bir müddət əvvəl Ukraynada evlərin birində yarıçılpaq şəkildə tutulan ikiqat Olimpiya çempionun barəsində seçilmiş 40 günlük həbs qətimkan tədbiri müddəti bitib. Zayzenbaherin Avstriyaya ekstradisiyası da baş tutmayıb. Buna səbəb onun cinayət törətməsindən 10 ildən artıq müddətin keçməsidir.

Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qərara əsasən, hadisənin üzərindən uzun müddət keçdikdiyinə görə, o, məsuliyyətdən azad olunub, Ukraynanı tərk etmək üçün 5 gün vaxt verilib.

Avstriya tərəfi isə Zayzenbaherin pasportunu etibarsız elan edib ki, Ukraynadan qaçıb gizlənə bilməsin.

Qeyd edək ki, Peter Zayzenbaher 1990-cı illərin sonlarında, 2000-ci ilin əvvəllərində ölkəsin Avstriyada 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunub.