Türklərin bu ölkəyə girişi qadağan olunacaq

12 Oktyabr 2017 [11:42]


"Monako” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Beşiktaş”la ev oyununda türk azarkeşlərin stadiona girişini qadağan edəcək.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Avropa Liqasının ötən mövsümü çərçivəsində baş tutmuş "Lion”la səfər oyununda yaşananlardan dərs çıxaran İstanbul təmsilçisi "Monako”ya müraciət edərək, bu qaşılaşmada yaşanacaq hansısa azarkeş qalmaqalına görə məsuliyyət daşımadıqlarını, stadiona türkiyəli azarkeşlərin buraxılmamasını bildirib. "Knyazlıq klubu” bundan sonra matçın keçiriləcəyi "II Lui” stadionunda böyük təhlükəsizlik planı hazırlayıb.

"Monako” türklərin müraciətindən sonra bilet satışını dayandırıb. Hazırda biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə satılır. Türkiyəli azarkeşlərə nəinki bilet satılmaq, hətta oyun günü Monakoya girmək belə qadağan edilib.

Oyunöncəsi "II Lui” stadionunun ətrafında geniş təhlükəsizlik tədbirləri görüləcək. Arenaya keçirilən əşyalar xüsusi cihazla yoxlanılacaq. Bundan əlavə, stadiona daxil olan azarkeşlər matç zamanı arenanı tərk etsələr, geri qayıtmalarına icazə verilməyəcək. Qarşılaşma başladıqdan yarım saat sonra isə arenaya giriş dayandırılacaq.

"Monako” - "Beşiktaş” matçı oktyabrın 17-də keçiriləcək.











SON XƏBƏRLƏR davamı
2017-10-24
2017-10-23












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.36%)
Xeyir (88.64%)


TƏQVİM