İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarında vulkan 2 km hündürlüyə kül püskürüb.

Təbiət hadisəsi nəticəsində zərərçəkən olmayıb. Bəzi yerlərdə təxliyə işləri aparılır.

Vulkanın ötən gün də püskürdüyü bildirilir.

Qeyd edək ki, Sinabunq vulkanı dəniz səviyyəsindən 2460 metr hündürlükdə yerləşir. Son 400 il ərzində ilk dəfə 2010-cu ildə püskürüb.