Avstraliyada yaşayan ana və oğlu cinsini dəyişməyə qərar veriblər. Ana-oğul cinsini dəyişərək "ata və "qız olublar.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sonradan Erik olan "ata ömür boyu qadın bədəni ilə yaşamaqdan narahatlıq hissi keçirib, həmçinin o hamilə qalmağa da nifrət edib.

"Qızı Kori isə kişi olaraq doğulub, ancaq zaman keçdikcə o da olduğu bədəndə narahat olub və 11 yaşında cinsiyyətini dəyişdirərək qadın olmağa qərar verib.

Kori bu durumu ilk öncə ailəsindən gizlətməyə çalışıb. Çünki ailəsinin necə reaksiya verəcəyindən əmin deyildi.

Mətbuata danışan Kori bildirib ki, cəsarətini toplayıb vəziyyəti ailə üzvlərinə deyib. Bu zaman öyrənib ki, anası da özünü kişi kimi hissedirmiş. Ana da oğlundan cəsarət alaraq 4 il ərzində bu dönüşümü yaşayaraq Erikaykən Erik adlı kişi olub.

Qeyd edək ki, bu qəribə hadisə Avstralyada National Geographic kanalının "Gender inqilabı verilişində üzə çıxıb.