SON XƏBƏRLƏR
16 Iyul 2018
Tələbə oğlan mesaj yazıb özünü öldürdü: "Ata, mən getdim"
HADİSƏ 15:34 / 12.10.2017
Salyan rayonunda intihar hadisəsi baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, özünü asaraq, intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış.

O, atasına məxsus olan karyerdə ona kömək edirmiş.
Bildirilir ki, hadisədən əvvəl 21 yaşlı Eminlə atası arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. O, atasına mesaj olaraq "Ata, mən getdim" sözlərini yazıb. Bundan sonra yaşadığı evdə özünü asan gəncin meyitini anası aşkarlayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.