Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev sərəncamı ilə Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin olunub.

Unikal.org yeni nazirin kimliyini araşdırıb. Məlum olub ki, 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub və 06.09.2016 -ci il tarixində geri çağırılıb. 

Bu günədək Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyinat alıb. 

Ailəlidir, iki övladı var.

Yeni nazir ingilis, alman və rus dillərini bilir.

Xatırladaq ki, Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovun oğludur.