"SOCAR Turkey" ilin sonunadək Transanadolu boru kəməri (TANAP) layihəsində 7 faizlik iştirak payının əldə olunmasını yekunlaşdıracaq.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu şirkətin rəhbəri Zaur Qəhrəmanov deyib.O qeyd edib ki, müəyyən ləngimələr hüquqi prosedurlarla əlaqədardır:"Sövdələşmənin razılaşdırılması dövlət səviyyəsində aparılır, sonra səhmdarlar səviyyəsində olacaq. Bununla yanaşı, layihənin kreditorları xəbərdar edilməlidir. Yəni 20-dən çox institutun razılığı lazımdır. Razılaşdırma prosesi davam edir".