Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Energetik yaşayış massivində, Naxçıvan küçəsində baş verib.

7 saylı şəhərlərarası marşrut üzrə işləyən "Qazel markalı mikroavtobus traktorla toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - 1981-ci il təvəllüdlü şəhər sakini Paşayev Əhməd Paşa oğlu və 1988-ci il təvəllüdlü şəhər sakini Feyziyev Elman İmran oğlu dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.