SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
Dana vurdu, dəmirə girdi - Ağdam sakini ağır yaralandı
HADİSƏ 00:09 / 13.10.2017

Ağdam rayonunun Dördyol qəsəbəsində bədbəxt hadisə baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü rayon sakini Hüseynov Fazil İsa oğlu tövlədə saxladığı iribuynuzlu heyvana yem verərkən dana onu vurub.

Zərbənin gücündən müvazinətini itirən kişi yerə yıxılıb. Kişi yıxılan zaman yerdə olan dəmir parçası onun döş qəfəsinə batıb. Yaralı bir müddət huşsuz vəziyyətdə yerdə qaldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyəti ağırdır.