Gəncədə qətl hadisəsi törədilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Əliyev Mehman Rauf oğlu yolun kənarında bıçaqlanıb.

O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətlə yetirilən gənc təxminən 24-27 yaşlarında olub. Onun kim tərəfindən qətlə yetirildiyi, hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.