Xəbər verdiyimiz kimi, oğurluğda təqsirləndirilən "Sumqayıt klubunun üzvü, futbolçu Nicat Muxtarov bir neçə gün öncə azadlığa çıxıb.

Futbolçu həbsxanadan sonra sağlamlığı ilə bağlı müayindən keçib.

N.Muxtarovun yaxınlarının unikal.org-a verdiyi məlumata görə, o hətta psixoloji müalicə də alır. Səbəb isə həm idmandan, həm də ailəsindən uzaq qalmasıyla bağlı keçirdiyi gərginliyi aradan qaldırmaqdır. 

Yaxınlarının bildirdiyinə görə, bir müddət müalicə aldıqdan sonra yenidən futbola qayıdacaq.

Nəzərinizə çatdıraq ki, Nicat Muxtarov oktyabrın 6-da zaminə buraxılıb. 

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanmışdı. Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə N.Muxtarov idi.

Aygün İlqarqızı