Bakıda qadın itkin düşüb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Biləcəri qəsəbə sakini, 1977-ci il təvəllüdlü Nuruzadə İlahə Simon qızının itkin düşməsi ilə bağlı yaxınları polisə müraciət edib. Qadının xarakterik əlamətləri və fotosu polisə təqdim edilib.

Axtarış tədbirləri həyata keçirilir.