Bu gün Nəsimi Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlının həbs müddətini artırıb. Məhkəmə qapalı keçirilib.

Unikal.org xəbər verir ki, bu haqda "Azadlıq radiosuna jurnalistin vəkili ElçinSadıqov boldirib.

Vəkilin sözlərinə görə, jurnalistin həbs müddətinin artırılması ilə bağlı məhkəməyə Baş Prokurorluğun təqdimatı və cinayət işi üzrə müstəntiqin vəsatəti daxil olub. Onlar Ə.Muxtarlının həbs müddətinin 2017-ci il dekabrın 29-dək artırılmasını istəyiblər.

Ə.Muxtarlının özü də prosesdə iştirak edib. Vəkilinin bildirdiyinə görə, jurnalist çıxış edib və həbs müddətinin artırılmasına gərək olmadığını deyib.