Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bir qədər əvvəl metronun "Koroğlu stansiyasının yaxınlığındakı körpüdə hərəkətdə olan betonqarışdıran maşın "VAZ 2107 markalı minik avtomobilinin üzərinə aşıb.

Hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü, 54 yaşlı Bayramov İlqar Sadıq oğlu xəsarət alıb.

O, 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

Qəza yerinə polis əməkdaşları cəlb olunub.