Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycan və AŞPA arasında yaranmış gərginliyə münasibət bildirib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, K. Yankauskas tərəfləri dialoqa çağırıb.
O bildirib ki, AŞPA olduqca əhəmiyyətli təşkilatdır: "Bu təşkilata üzv olan hər bir ölkə dialoq və intensiv iş köməkliyi ilə irəli getməlidir. Düşünürəm ki, AŞPA kimi önəmli təşkilatda qalmaq üçün hamımız səylər göstərməliyik. Ümid edirəm ki, bu məsələnin həlli üçün Bakı və Strasburq arasında aparılan dialoq davam edəcək".