Azərbaycanın futbol üzrə U-17 yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununda Ukrayna millisinə böyük hesabla uduzub.

Unikal.org xəbər verir ki, Mirbağır İsayevin komandası Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki "Lokomotiv stadionunda keçirilən görüşdə 6:1 hesabı ilə məğlub olub.

Ukrayna komandasının heyətində Mixaylo Mudryk (3-cü dəqiqə), Roman Yakuba (15), Danilo Sikan (35), Alan Aussi (62), Stanislav Biblik (78) və Artyom Şulyanski (80+1) fərqləniblər. Millimizin yeganə qolunu 17-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

Xatırladaq ki, ilk oyunda komandamız İrlandiya yığmasına 0:6 hesabı ilə uduzub.