Paytaxtın Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsi, ev - 6, mənzil 4-də yaşayan 31 yaşlı Rəsmiyyə Baba qızı Niftullayeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən ölümcül döyülüb.
Yaralı xəstəxanaya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Baş nahiyəsinin əzilmiş-kəsilmiş yarası alan R.Niftullayevanın vəziyyətini həkimlər kafi qiymətləndirir. Qadın öz həyat yoldaşı tərəfindən nə səbəbə döyülməsini açıqlamasa da, bunun hər gün təkrarlandığını bildirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsi tərəfindən araşdırmaya başlanılıb.

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ağır vəziyyətdə olan yaralı gecə saatlarında "təcili yardım" maşını vasitəsi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.
Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan 51 yaşlı Reyhan Əbülfət qızı Məmmədova dərhal əməliyyat olunub.
Zərərçəkmiş qarın nahiyəsinə ehtiyatsızlıqdan bıçaq batdığını desə də, müayinə zamanı onun bıçaqlandığı məlum olub.
Müəyyən edilib ki, R.Məmmədova Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ailə münaqişəsi zəminində tanışı tərəfindən bıçaqlanıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsində araşdırma aparılır.