Bu gün Bakının Yasamal rayonunda avtomobil qəzası baş verib.

Unikal.org yenicag.az-a istinadən xəbər verir ki, Cəfər Cabbarlı 26-28 küçəsində baş verən qəzada təxminən 60-65 yaşlarında olan qadın xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş verməsinə gəlincə, taksi fəailiyyəti ilə məşğul olan 10-TU-775 dövlət nömrəli nişanlı "Nissan Sunny" markalı maşın dönmə əməliyyatını yerinə yetirərkən 99-EC-778 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobil tərəfindən vurulub. Zərbənin təsirindən taksidə müştəri kimi əyləşən qadın yola düşüb. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb.

Faktla bağlı araşdırma başlanıb.