Ağstafa rayonu, Göycəli kəndi ərazisində əl qumbarası tapılıb. 

Bu barədə Unikal.org-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.
Belə ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə bununla bağlı məlumatlar daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər həmin ərazidə çay sahilinə baxış keçirib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunan 2 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunan əl qumbaralarının ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.