Rusiyada 21 yaşadək futbolçular arasında təşkil olunan ölkə çempionatında meydanın mərkəzindən qol vurulub.
Unikal.org report-a istinadən xəbər verir ki, baxımlı qol XIII tur çərçivəsində keçirilən "Dinamo - "SKA-Xabarovsk görüşündə qeydə alınıb.
Meydan sahiblərinin hücumçusu Viktor Demyanov 77-ci dəqiqədə rəqib komandanın qapıçısının irəli çıxdığını görərək topu tora yollayıb.
Qeyd edək ki, matç "Dinamonun 3:0 hesablı qələbəsi ilə nəticələnib.