Somalinin paytaxtı Moqadişoda partlayış nəticəsində azı 40 nəfər ölüb, daha azı 15 nəfər xəsarət alıb.

Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Assoşieyted Press agentliyi xəbər verir.

Məlumata görə, şəhərin Hodan rayonunun iri küçələrinin birində partlayıcı qurğu ilə yüklənmiş yük maşını partlayıb. 

Bundan sonra partlayış rayonunda güllə səsləri eşidilib.