Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin əməkdaşları Bərdədə köməksiz vəziyyətdə qalan qadını xilas edib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə şəhərin Ü. Hacıbəyov 43 mənzil 50 ünvanında baş verib. 28 yaşlı Xəlilova Əsli Ramiz qızı bağlı qapı arxasında köməksiz qalıb. Ə.Xəlilova ruhi xəstə olduğundan bağlı qapını aça bilməyib. Hadisə yerinə FHN-ninQarabağ Regional İdarəsininəməkdaşları cəlb olunub. 

Xilasedicilər qapını sındıraraq köməksiz qalan qadını xilas ediblər.