İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinə qarşı yenidən sanksiyaların tətbiq ediləcəyi təqdirdə Tehranın nüvə razılaşmasından çıxacağını bəyan edib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər xəbər verir ki, Zərif İranın Qərbin bu istiqamətdə atacağı addımları izləyəcəyini vurğulayıb: "Əgər sanksiyalar məsələsində qarşı tərəfin hərəkətləri İranı qane etməyəcəksə, nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi imkanını yenidən nəzərdən keçirəcəyik.

Nazir qeyd edib ki, islam respublikası xüsusi maraq göstərdiyi sahələrdə, xüsusilə də neft ticarəti və təyyarə satışı sahəsində sanksiyaların bərpa olunacağı təqdirdə, nüvə razılışmasının davam etdirilməsi məsələsində qərar vermək hüququna malikdir.

ABŞ Prezidenti Donald Trampın bir neçə gün öncə etdiyi çıxışını şərh edən Zərif bəyan edib ki, ABŞ-ın İranla bağlı hər hansı strategiyası mövcud deyil. O, həmçinin, İranın müdafiə və nüvə proqramının heç zaman danışıqlar predmeti olmayacağını vurğulayıb.