ABŞ-ın Yeni Orlean şəhərində atışma baş verib.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, atışma zamanı polis əməkdaşı qətlə yetirilib.

O, həmkarları ilə birgə hadisə yerinə gələrkən güllələnib. Bundan sonra onun yanındakı digər polis əməkdaşları caniyə cavab atəşi açıblar. Silahlı hücumdan sonra öz evində gizlənməyə cəhd edən cani xüsusi təyinatlılara təslim olub. 

Hadisəni törədən şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.