Bu gün səhər saatlarında dəhşətli yanğın hadisəsi baş verib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dülgər sexində yanğın olub.
Ər-Riyadın şərqindəki Bədr rayonunda yerləşən dülgər sexində yanğın nəticəsində ölən və yararlananlar var. İlkin məlumata görə ölənlərin sayı 10, xəsarət alanlar isə 3 nəfərdir.

Yanğında ölənlərin milli mənsubiyyətləri və yanğının səbəbi araşdırılır.