Dünyada XXI əsrin əvvəlindən azalmaya doğru gedən qlobal aclıq 10 ildən sonra yenidən yüksəlişə keçib.

Unikal.org Metbuat.az-a istinadən bildirir ki, aclıq təhlükəsi ilə qarşı-qarşıya olan əhali 2004-2014-cü illər arasında azalarkən, son iki ildə yenidən artmağa başlayıb.
Qıtlıq və qida təhlükəsizliyi mövzusunda təşkil olunan toplantılarda dünya əhalisini bütünlüklə təmin edən qidalara üstünlük verilməsi açıqlanıb.

Mütəəssislər 2050-ci ildə 10 milyarda çatması gözlənilən dünya əhalisinin qida ehtiyaclarının ödənməsi üçün qlobal qida istehsalının 50 faiz artırılmasının vacib olduğunu söyləyiblər.