Bu gün Hacıqabul rayonunda "Toyota Prado markalı minik avtomobilinin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Unikal.org-un APA-ya istinadən məlumatına görə,, sürücü 1987-ci il təvəllüdlü Nəsirov Amil Murad oğlu, sürücünün atası 1954-cü il təvəllüdlü Nəsirov Murad Şükür oğlu və anası 1961-ci il təvəllüdlü Nəsirova Ziyafət Dadaş qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.


***14:23

Bu gün Hacıqabul rayonunda "Toyota Prado markalı minik avtomobili aşıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində 1-i abır olmaqla, 3 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.