Nizami küçəsində sərxoş vəziyyətdə olan qadın qorxu dolu anlar yaşadıb.

Unikal.org azxeber.com-a istinadən xəbər verir ki, ətrafdakı insanların köməkliyi ilə ayağa qaldırılan qadının ilk olaraq səhhətində problem olduğu düşünülsə də, sonra o özü sərxoş olduğunu deyib.

Bir neçə dəfə ayağa qalxan qadın yenidən küçənin ortasına yıxılıb. Vətəndaşların birinin köməkliyi ilə özünü idarə edə bilməyən gənc xanım ərazidən uzaqlaşdırılıb.