Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.

Unikal.org lent.az-a istinadən bildirir ki, Nəsimi rayon Asif Məhərrəmov küçəsi 28 ünvanında yaşayan Mövlayev Aydın İbrahim oğlu polisə müraciət edərək bildirib ki, bir neçə gün əvvəl yaşadığı evdən naməlum şəxs və ya şəxslər 15 min manatlıq qızıl-zinət əşyaları və 1800 manat pul oğurlayıb. Ev sahibi bildirib ki, hadisə vaxtı mənzildə kimsə olmayıb.

Müraciət əsasında araşdırma aparılır.