Gəncədə 81 yaşlı kişi evin damından yıxılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər sakini 1936-cı il təvəllüdlü Məmmədov Kamil Rza oğlu bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

K. Məmmədova tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 81 yaşlı kişi yağış yağan zaman evin damına çıxaraq oradan qonşunun divarına su axmasının qarşısını almaq istəyərkən yerə yıxılıb.