Lənkəranda yük maşınının vurduğu iki piyadadan biri dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.

20:42

Lənkəranda 2 piyadanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Əldə etdiyimiz məlumata görə, yaralılar dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan yaralılardan biri xəstəxananın reanimasiya şöbəsinə, digər yaralı isə travmatologiya şöbəsinə yerləşdirilib.

İki piyadanın şəxsiyyəti məlum olub. Bunlar Boladi kənd sakinləri, 1999-cu il təvəllüdlü Cəfərov Elvin Nadir oğlu və 1996-cı il təvəllüdlü Hüseynov Nihad Emil oğludur.

 
Hadisəni törətmiş şəxs isə Boladı kənd sakini Nəsimi Musa oğludur. O, idarə etdiyi "QAZELmarkalı yük maşını ilə hər iki piyadanı vurub.  Yaralılardan birinin vəziyyəti qənaətbəxş olsa da, digərinin vəziyyəti ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.



19:30


Lənkəranda 2 piyadanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Hadisə şahidlərinin unikal.org-a verdiyi məlumata görə, rayonun Boladi kəndində 42 BX-150 dövıət nömrə nişanlı Qazel markalı yük avtomobili 2 nəfəri vurub. Nəticədə 2 gəncdən biri dünyasını dəyişib, digəri ağır xəsarət alıb.

Qeyd edək ki, Gənclərdən biri hərbi xidmətdən yeni qayıdıb, digəri isə hərbi xidmətə yola düşəcəkdi.


19:43


Lənkəran polis bölməsinsən unikal.org-a bildirilib ki, hadisə zamanı sürücü xəsarət almayıb.