Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb.

Yolu keçmək istəyən 30-35 yaşlarında olan kişi "VAZ 2106 tərəfindən vurulub. Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya apararkən yaralı yolda ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.