Türkiyədə növbəti dəhşətli ailə faciəsi baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, evini tərk edərək  evli əmisi oğlu ilə yaşamağa başlayan qadın əri tərəfindən qətlə yetirilib.

Hadisə, ötən gecə Kocaelinin Gebze mahalına baş verib. Ankaranın Polatlı rayonunda yaşayan 33 yaşlı Saygılı təxminən 2 ay əvvəl evdən ayrılıb. Qadın evindən ayrıldıqdan sonra sevgi münasibəti qurduğu əmisi oğlu Hakan Ç ilə birgə yaşamağa başılayıb. Ankaradan Gebze şəhərinə gələn 44 yaşlı ər həyat yoldaşını qadının əmisi oğlunun evinin qarşısında görərək od tüfəngi ilə vurub. Yaralanan Saygılı xəstəxanaya yerləşdirildi. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. 

Qadının həyat yoldaşı isə sükan arxasına keçərək hadisə yerindən uzaqlaşdı. Hadisə ilə əlaqədar istintaq başladıldı.