Qırğızıstanda keçirilən prezident seçkilərində iqtidaryönlü Sosial Demokrat Partiyasından namizəd Sooronbay Jeenbekov qalib gəlir.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, seçki məntəqələrində səslərin 97 faizinin hesablanmasından sonra Jeenbekov 54,23% səslə qalib gəlir. Onun müxalifətdən olan əsas rəqibi Omurbek Babanov səslərin 33,47%-ni toplayıb. Seçicilərin seçkilərdə iştirakı 55,93% təşkil edib. İlkin məlumata görə, Qırğızıstanda seçkilərin ikinci turu olmayacaq.

Ölkə üzrə prezident postuna 11 nəfər namizədliyini irəli sürüb. Səsvermənin nəticələrinə təsir göstərə biləcək ciddi qanun pozuntusu qeydə alınmayıb.