Sabirabadda ağır yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107 markalı "49 BD 773 dövlət nömrə nişanlı avtomobillə "VAZ 2106 markalı "90 ED 991 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.