Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, oktyabrın 15-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov saxlanılıb.

Döş qəfəsində bıçaq xəsarəti olduğu üçün o da xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.