Hüquqşünas Aslan İsmayılov barəsində cinayət işi başlanıb.

Unikal.org-un xəbərinə görə, bu barədə A.İsmayılov özü sisual şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xiliqanlıq) maddəsi ilə cinayət işi açılıb: "Bu dəqiqələrdə Binəqədi Rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi Rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam".