Mustafa Kamal Atatürkün İngiltərədə yaşayan qohumu Selin Söğütlügil deputat olmaq niyyəttindədir.

Unikal.org Türkiyə mətuatına istinadən xəbər verir ki, 47 yaşlı Selin 2019-cu ildə Türkiyədə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.

Bir çox kitabların müəllifi, şair Söğütgil namizəd olmaq istədiyi partiyanın "CHP" olmadığını bildirib. Müsahibəsində Selin bildirib ki, "CHP" Atatürkün prinsiplərinə sadiq qalsa da, hədəflərinə çata bilməyib. O, Meral Akşenerin quracağı partiyaya qoşularaq seçkilərdə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, 3 uşaq anası olan Söğütlügil Atatürklə ata tərəfdən qohumdur.