Türkiyənin Samsun şəhərində avtobusda qəribə hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbə verir ki, bir kişi ağlayan qadını təsəlli etmək bəhanəsiylə onu qucaqlayıb öpüb.

Belə ki, 43 yaşlı kişi (S.B) avtobusda yanına əyləşdiyi 33 yaşlı N.K adlı xanımla söhbətə başlayıb.

Söhbət əsnasında qadın sevgilisindən ayrılmasından danışıb və göz yaşlarını saxlaya biləyib. Bu zaman S.B qadını təsəlli etməyə çalışıb və onu qucaqlayaraq dodaqlarından öpüb.

Bundan sonra 33 yaşlı xanım polisə müraciət edib. Ona qarşı təcavüzə cəhddə günahlandırılan kişi isə tutulub.