Maltada avtomobilin partladılması nəticəsində yerli jurnalist xanım Dafna Karuna Qalitsia həlak olub.

Unikal.org-un pressday-ə istinadən verdiyi xəbərə görə, partlayış oktyabrın 16-da gündüz Bidniidə qeydə alınıb.

Partlayış o dərəcədə güclü olub ki, avtomobil kiçik hissələrə parçalanıb, sürücünü meyiti isə tarlaya düşüb.

Partlayışa nəyin səbəb olduğu hələ ki məlum deyil.

Qalitsia bundan əvvəl yerli polisə hədələnməsi haqda şikayətlə müraciət edib.