Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 56 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 7 nəfər itkin düşmüş hesab edilir.
Məlumata görə, ölkədə ümummilli matəm elan ediləcək.
Hazırda bölgədə 50 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 4 minə yaxın yanğınsöndürən cəlb edilib.