İngiltərə Premyer Liqa təmsilçisi "Nyukasl satışa çıxarılıb. 

Unikal.org-un məlumatına görə, bu barədə klubdan açıqlama verilib.
Bildirilib ki, Premyer Liqanın ən qədim sakinlərindən biri olan sahibi Mayk Eşli tərəfindən satışa çıxarılıb. Satışın şərtləri və maliyyə tərəfi haqqında xəbər verilməsə də, satışın ilin sonuna qədər reallaşması planlaşdırılıb.

Qeyd edək ki, 124 illik tarixi olan "Nyukasl 2008/09 mövsümündə Premyer Liqanı tərk etmiş, ötən mövsüm isə "Çempionşipin qalibi olaraq yenidən yüksək dəstəyə qayıtmışdı.