"Qarabağın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Atletiko artıq Bakıdadır. 

Unikal.org-un məlumatına görə, Madrid klubu bir neçə dəqiqə əvvəl paytaxtımıza ayaq basıb.

Maraqlıdır ki, İspaniya təmsilçisi Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. AZAL da onlar üçün "Karabakh adlı "Airbus 340-500 təyyarəsini göndərib.

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Klub özü də bu barədə instaqram hesabından paylaşım edib.

"Atletiko "Marriot otelində məskunlaşacaq.

Qeyd edək ki, "Qarabağ - "Atletiko matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.