Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində uzun məsafəli tıxac yaranıb.

Unikal.org-a hadisə yerindən verilən məlumata görə, hazırda Bakı-Sumqayıt yolunda "Ekologiya postunun qarşısından, "20 Yanvar" dairəsinə qədər avtomobil tıxac yaranıb. Xırdalan istiqamətindən paytaxta giriş son dərəcə məhdudlaşıb.

Qeyd edək ki, dünəndən Bakıda və respublika ərazisində havalar qeyri-sabit, əsasən yağıntılı keçir.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Yağışlı hava ilə əlaqədar olara paytaxtın bəzi avtomagistral yolunda bütün zolaqlar üzrə sürət həddi  endirilib. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.